23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt) hazırlanan hesabatda Azərbaycan səyahət istiqaməti kimi üstünlük verilən 10 ölkə arasında 38% faizlə birinci pillədə yer alıb.

Dövlət Turizm Agentliyinin məlumatına görə, “Connecting Travel Insight Report” adlanan hesabat tanınmış “Jacobs Media” şirkəti tərəfindən hazırlanaraq mayın 7-də “ATM Dubai 2024” çərçivəsində təqdim olunub. Hesabatda göstəricilər cari ilin məlumatlarını əhatə etməklə uçuş tutumunun həcmlərinə uyğun olaraq orta artıma müvafiq hesablanıb. Azərbaycanla yanaşı, onluqda Misir, Tailand, Böyük Britaniya, İtaliya, Fransa, Gürcüstan, İsveçrə, Türkiyə və Maldiv Respublikası kimi ölkələr sıralanıb.

Tədbirdə çıxış edən Ümumdünya Səyahət və Turizm Təşkilatının (WTTC) Baş icraçı direktoru Culiya Simpson Azərbaycanın, həmçinin, “Hotel Dayanıqlılığının Əsasları” proqramına qoşulmasını qeyd edərək,bu təşəbbüsü yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərq regionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 51% artım müşahidə olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?