15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Xalça Festivalının açılış mərasimi olub

Mayın 4-də Qoşa qala qapısında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə ölkəmizdə ilk Milli Xalça Festivalının açılış mərasimi olub.

Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə festival çərçivəsində müəllif xalçalardan ibarət eksklüziv sərgilərin, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərslərinin, maarifləndirici seminarların, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramının reallaşacağını qeyd edib. O, tədbirdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin öz stendləri ilə təmsil olunduğunu söyləyərək deyib: "UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi etdiyi Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş "Xalçaçı günü" peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır. Xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün nəzərdə tutulan ustad dərsləri zamanı "Azərxalça" ASC-nin Azərbaycanın 14 regionundan gələn toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim olunacaq".

"Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov diqqətə çatdırıb ki, xalça sənəti Azərbaycan xalqı üçün mədəni irs və qədim tarixdir. Dövlətimiz daima bu sənətə diqqət və qayğı göstərib. Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə dünyada ilk xalça muzeyi Azərbaycanda açılıb.

"Hazırda "Azərxalça" ASC-nin emalatxanalarında çalışan işçilərin 85 faizini kəndlərdə yaşayan toxucu qadınlar təşkil edir. Milli Xalça Festivalının demək olar ki, bütün emalatxanalarımız təmsil olunur,- deyə E.Məmmədov bildirib.

Festival günlərində xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliklərin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcəklər.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev layihəni böyük şərəflə həyata keçirdiklərini deyib: "Qısa zaman ərzində bu bayramı təşkil etmək peşəkarlıqdan irəli gəlir. Mexanizmlər çərçivəsində biz xalça ixracına böyük dəstək vermişik. Son iki ildə "Azərxalça" ASC ilə birlikdə dünyanın müxtəlif yerlərində mötəbər tədbirlər keçirmişik. Ümid edirəm ki, belə tədbirlərin sayı daha çox olar".

AZƏRTAC

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?