30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət qulluqçuları üçün "e-imza"dan istifadə tarifi təsdiqlənib

Azərbaycanda daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan (e-imza) istifadə üzrə tarif təsdiqlənib.

Bu haqda məlumat Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiq etdiyi "Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və DATA Mərkəzindən istifadə ilə bağlı tariflərin təsdiq edilməsi barədə" qərarında əksini tapıb.
Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün üçillik e-imzadan istifadə üzrə tarif 16 manat (ƏDV) səviyyəsində müəyyənləşib. Bu qərar "Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli fərmanının icrası məqsədi ilə qəbul edilib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?