14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SİF: Kreditlərin layihə sayı üzrə 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür

Bu ilin yanvar-mart ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kreditlərin layihə sayı üzrə 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Fondun məlumatına istinadən xəbər verir ki, hesabat dövründə güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarlıq subyektlərinin payı 97,1 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 2 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 0,8 faiz təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-mart ayları ərzində Fond tərəfindən 1065 layihənin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit verilib ki, bunun hesabına 751 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Ayrılan güzəştli kredit məbləğinin 59,9 faizi və ya 25,8 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib. Kredit məbləğinin 35,5 faizi (15,3 milyon manatı) sənaye məhsullarının istehsalı və emalının, 1,6 faizi (689,6 min manatı) turizm, 3 faizi (1,29 milyon manatı) digər sahələrin payına düşüb.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?