15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

800-dən çox biznes subyekti və potensial sahibkar biznes təlimlərdən yararlanıb

Bu ilin yanvar-mart ayları ərzində KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 75 təlim təşkil olunub.

Agentliyin məlumatına görə, təlimlər KOB-ların ehtiyaclarına uyğun olaraq, əsasən, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər mövzuları əhatə edib.

Bu dövrdə 13 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya ilə biznes əməkdaşlığı Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib. Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 45 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Ümumilikdə 2024-cü ilin I rübündə Agentliyin təşkilatçılığı ilə keçirilən təlimlərdən 800-dən çox biznes subyekti və potensial sahibkar yararlanıb.

Bu dövrdə 208 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib. KOBİA 152 biznes planın hazırlanması üçün KOB subyektlərinə dəstək olub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?