18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

7 sahibkarlıq subyektinə Qarabağda yaradılan sənaye parklarının rezidenti statusu verilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında cari ilin I rübündə 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Agentliyin məlumatına görə, bunlardan 4-ü Ağdam Sənaye Parkının, 3-ü “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye parklarına 54,2 milyon manat dəyərində investisiyanın yatırılması, 480 iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, sement və beton qatqıların, müxtəlif çeşiddə yapışqan lentlərin, ortopedik matras və yumşaq mebellərin, ayaqqabıların və s. məhsulların istehsalını həyata keçirəcəklər.

Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanlarına əsasən 2021-ci ildə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 31 sahibkarlıq subyektinə rezidentlik, 7 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 38 sahibkarlıq subyekti tərəfindən sənaye parklarına 263 milyon manatdan çox investisiyanın yatırılması, 2500-dən artıq iş yerinin yaradılması planlaşdırılır.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?