15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağda yaradılan sənaye parklarında sahibkarların marağı artmaqda davam edir

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında cari ilin I rübündə 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, onlardan 4-ü Ağdam Sənaye Parkının, 3-ü “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Qeydiyyata alınan rezidentlər tərəfindən sənaye parklarına 54,2 milyon manat dəyərində investisiyanın yatırılması, 480 iş yerinin yaradılması nəzərdə tutulur.

Rezidentlər Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, sement və beton qatqıların, müxtəlif çeşiddə yapışqan lentlərin, ortopedik matras və yumşaq mebellərin, ayaqqabıların və s. məhsulların istehsalını həyata keçirəcəklər.

Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanlarına əsasən 2021-ci ildə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 31 sahibkarlıq subyektinə rezidentlik, 7 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 38 sahibkarlıq subyekti tərəfindən sənaye parklarına 263 milyon manatdan çox investisiyanın yatırılması, 2500-dən artıq iş yerinin yaradılması planlaşdırılır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?