9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank hesablarının məsafədən açılmasına başlanılır

Maliyyə Bazarlarına Nəzarət Palatası "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində növbəti uğura imza atıb.

Palatanın açıqlamasında bildirilir ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edilib. Palatanın "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları"nı təsdiq etməsi nəticəsində müəyyən olunmuş bu prosedur bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsinə, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir. Yeni prosedura əsasən, rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər bank hesablarının məsafədən açılması imkanı əldə edir. Bank hesablarının məsafədən açılması zamanı açılacaq hesabın növündən və bu hesab üzərindən həyata keçiriləcək ödəniş əməliyyatlarının məbləğindən asılı olaraq, müxtəlif yanaşmalar müəyyən edilib. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, videogörüntü, müvafiq informasiya resursunda autentifikasiya kimi üsullardan istifadə edilməklə açıla bilər.

Bununla əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, bank ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bank hesablarının məsafədən açılması prosedurunun təqdimatı keçirilib, proseslə bağlı atılacaq addımlar və nəzərə alınacaq məsələlər müzakirə edilib, suallar cavablandırılıb və bu sahədə yeni həllərin tətbiqinə toxunulub.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?