16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiya müəssisəsi Ələt azad iqtisadi zonasında zavod inşa edir

Rusiya müəssisəsi Ələt azad iqtisadi zonasında zavod inşa edir

Novosibirskin (Rusiya Federasiyası) kompozit üzlük panelləri istehsalçısı Ələt azad iqtisadi zonasında müasir zavod inşa edir.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov “Rusiya ilə Azərbaycan arasında tikinti materiallarının istehsalı sahəsində əməkdaşlıq. Rusiya istehsalçılarının məhsullarının Azərbaycan bazarına ixracı” mövzusunda təşkil olunan dəyirmi masada çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin biznes klubunun üzvü tərəfindən UHOM tikinti hipermarketi layihəsi həyata keçirliir. “Tikinti materialları və məmulatlarının istehsalı və təchizatı sahəsində qarşılıqlı əlaqə çox vacibdir, çünki respublikada sənaye istehsalının və mülki tikintinin həcmi artır. Qarabağ iqtisadi rayonunda mühüm layihələr həyata keçirilir ki, burada Rusiya istehsalı olan məhsullardan da istifadə olunur", - deyə R. Mirsayapov əlavə edib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?