4 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sumqayıt Kimya Sənaye Parkının rezidenti karton istehsalına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI - Universal Packing Industry” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karton istehsalına başlayıb.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına QSC-nin direktoru Fikrət Vəliyev deyib.

Onun sözlərinə görə, müəssisə karton istehsalı üçün tələb olunan xammalı Rusiyadan alır. Artıq Rusiyadan 560 ton xammal gətirilib.

Hazırda istehsal edilən məhsul daxili bazarın tələbatının ödənilməsinə yönəldilir. QSC daxili bazarın tələbatının 30-40 faizini ödəməyi nəzərdə tutur.

F.Vəliyev əlavə edib ki, istehsal etdikləri karton qida məhsulları, məişət texnikası və s. qablaşdırılması üçün istifadə edilir. Kartonlar müştərilərin sifarişlərindən asılı olaraq müxtəlif ölçüdə hazırlanır.

Qeyd edək ki, “UPI - Universal Packing Industry” QSC-yə 2019-cu ilin sentyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıqdır. Zavod 2023-cü ilin oktyabr ayından fəaliyyətə başlayıb.

VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?