10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sankt-Peterburqla əməkdaşlıq genişləndirilir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovla görüşüb. Görüşdə Azərbaycan və Rusiya dövlət başçılarının davamlı inkişafa və iqtisadi potensialdan səmərəli istifadəyə böyük əhəmiyyət verməsi nəticəsində regional əməkdaşlığın, o cümlədən ikitərəfli iqtisadi fəaliyyətin gücləndiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanın Rusiyanın regionları, o cümlədən Sankt-Peterburqla tərəfdaşlığı genişlənir. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşılıqlı münasibətlərin inkişafına əlavə stimul verir.

Tərəflər iqtisadi əlaqələrin perspektivləri, sənaye, innovasiya, turizm, gəmiqayırma və digər sahələrdə birgə fəaliyyət imkanlarını müzakirə edib, ticarət və biznes işbirliyinin dəstəklənməsi üçün mövcud potensialı dəyərləndiriblər.

Sankt-Peterburq nümayəndə heyətinin Azərbaycana mədəniyyət və işgüzar missiyası çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. İclasda iqtisadi münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində davamlı artım müşahidə edilir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 17% artaraq 4,5 milyard dollara yaxın olub. Həmçinin, Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi-ticarət sahəsində mühüm əlaqələr qurub, təxminən 20 subyektlə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.

Tədbirdə ölkəmizin biznes imkanları barədə məlumat verilib, sənaye, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlıq perspektivlərinin böyük olduğu qeyd edilib. Sənaye zonaları və Ələt Azad İqtisadi Zonasında təqdim olunan güzəşt və stimullar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində iştirak imkanları barədə məlumat verilib.

Komissiya üzvləri qarşılıqlı fəaliyyətin səmərəsinin yüksəldilməsi, nəqliyyat, innovasiya və digər sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi, biznes nümayəndələri arasında işbirliyinin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüblər. İclas çərçivəsində prioritet sahələr, o cümlədən əczaçılıq, turizm, səhiyyə, əmək və əhalinin məşğulluğu, təhsil və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığa həsr edilmiş video-çarx nümayiş olunub.

İclasda “2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı” təsdiq edilib. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov imzalayıblar. Tədbirlər Planı ticarət, ekoloji təhlükəsizlik, səhiyyə, məşğulluq və sosial müdafiə, humanitar, şəhərsalma və arxitektura sahələri üzrə tərəfdaşlığın dəstəklənməsini təmin edəcək.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti ilə Sankt-Peterburqun Turizm və Qonaqpərvərlik sahəsində Beynəlxalq Kompetensiyalar Mərkəzi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə Sankt-Peterburq Tibbi Turizm Agentliyi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?