16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avstriya, Almaniya və Çexiyaya alma konsentratı ixrac ediləcək

Süd məhsulları və meyvə şirələrinin istehsalı ilə məşğul olan “Göyçay süd” Açıq Səhmdar Cəmiyyəti (ASC) Avstriya, Almaniya və Çexiyaya alma konsentratı ixrac etməyi planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına ASC-nin direktoru Soltan Mustafalı deyib.

Onun sözlərinə görə, hazırda bu məhsulu Rusiya və Polşaya ixrac edirlər. Avropada alma konsentratına böyük tələbat olduğunu deyən S.Mustafalı əlavə edib ki, ixraca başladıqdan sonra onlar üçün yeni istehsal sahəsi olan alma konsentratının illik istehsal həcmini 300-350 tona qədər artırmağı nəzərdə tuturlar. Hazırda zavodun istehsal gücü 1200-2000 ton olsa da, təxminən 500-600 ton məhsul istehsal edilir.

S.Mustafalı qeyd edib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə məhsul istehsalında təqribən 25 faiz artım olub. Bu il isə istehsalda 30 faiz artım gözlənilir.

S.Mustafalı hazırda daxili bazar üçün 26 adda məhsul istehsal etdiklərini, xarici bazar da nəzərə alınarsa, satışa ümumilikdə 56 adda məhsul təqdim etdiklərini açıqlayıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?