17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan nümayəndələri SİF-də təcrübə mübadiləsi proqramında iştirak ediblər

Qazaxıstan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “DAMU”nun nümayəndələri İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) təcrübə mübadiləsi proqramında iştirak ediblər. Qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu üzrə keçirilən proqram çərçivəsində sahibkarlıq subyektlərinin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi istiqamətində Fondun təcrübəsi təqdim edilib. Bununla yanaşı, sahibkarların güzəştli maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində icra olunmuş tədbirlərin mahiyyəti izah edilib. Həmçinin Fondun fəaliyyətinin ölkə iqtisadiyyatı üzrə müəyyənləşdirilmiş prioritetlərə uyğun qurulması üçün görülən işlər diqqətə çatdırılıb.

Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən Sahibkarlığın İnkişafı Fondu “DAMU” Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq, onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?