21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

5-ci yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək

İyunun 24-26-da Bakı Ekspo Mərkəzində 5-ci yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və s. dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır.

Sərgidə məhsullarını təqdim etmək istəyən yerli şirkətlər *0555 və ya (+994) 50 254 33 49 nömrələrinə müraciət edə bilərlər.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?