14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Video icmal" Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunub

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50 ilinın tamam olması ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən "Video icmal"hazırlanıb. Videoçarxda Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi əvəzsiz dahi şəxsiyyət, dünya şöhrətli böyük siyasətçi Heydər Əliyevin hakimiyyətinin 50 illik tarixinin uğur salnaməsi hər bir mərhələ üzrə təqdim edilib. Qeyd olunub ki, ulu öndərin rəhbərliyi ilə hər bir mərhələ üzrə həyata keçirilən böyük işlər nəticəsində bu gün güclü və modern Azərbaycan Respublikası mövcuddur.

Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin Azərbaycana rəhbərliyi sovet dövründə, 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməklə başlayıb. Həmin dövrdə ardıcıl sosial-iqtisadi islahatlar, dayanıqlı inkişafı təmin edəcək qanunvericilik bazasının yaradılması Azərbaycanın iqtisadi inkişafına təkan verib. Azərbaycan qısa müddətdə Sovet İttifaqının ən qabaqcıl respublikasına çevrilib. Ulu öndərin gərgin əməyi hesabına ölkəmizdə sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edib. Heydər Əliyevin 13 il ərzində gördüyü işlər nəticəsində azərbaycanlıların sosial rifahı yaxşılaşıb.

Azərbaycan miqyasına sığmayan istedadı və təcrübəsi Heydər Əliyevin sovet rəhbərliyinə yüksəlməsi ilə nəticələnib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və ölkənin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Həmin dövrdə belə Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edib. Ulu öndərin səyi nəticəsində SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilib. Daha sonra Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verib və Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Müdrik lider 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

Müstəqilliyin ilk illəri Azərbaycanda siyasi xaosun, idarəetmədə boşluğun, iqtisadi geriləmənin, işsizlik və yoxsulluğun yüksək həddinin, hiperinflyasiyanın hökm sürdüyü bir vaxtda Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdıb. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri, oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilib və "Əsrin müqaviləsi" imzalanandan sonra ölkədə yeni iqtisadi modelin əsası qoyulub.

"Video icmal"da həmçinin qeyd olunub ki, Heydər Əliyevin Azərbaycana gətirdiyi sabitlik nəticəsində bu gün müstəqil respublikamız dünya miqyasında ən sabit ölkələrdən biridir. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?