16 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 50130-4:2024 “Xəbərdarlıq sistemləri - Hissə 4: Elektromaqnit uzlaşması - Məhsul ailəsi standartı: Yanğın, müdaxilə, saxlama, CCTV, girişə nəzarət və sosial siqnalizasiya sistemlərinin komponentləri üçün dözümlülük tələbləri” dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, standartda yaşayış, ticarət, sənaye mühitləri, binalar və onların ətrafında istifadə üçün nəzərdə tutulan siqnalizasiya sistemləri, yanğın, aşkarlama, müdaxilə və yanğın siqnalizasiya sistemlərinin komponentlərinə dair dözümlülük tələbləri əks olunub.

Yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?