18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Macarıstan Rəqabət Qurumu ilə Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Macarıstan Respublikasına səfəri çərçivəsində Macarıstan Rəqabət Qurumu ilə ikitərəfli görüş keçirilib.

Görüş zamanı qurumlar arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib. Rəqabətin inkişafı sahəsində ən yaxşı təcrübələrin öyrənilməsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsi və Məcəlləyə əsasən rəqabət orqanının tənzimləmə siyasəti və nəzarət alətlərindən bəhs edilib.

Sonda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo imzalayıblar. Memoranduma əsasən, tərəflər rəqabətin təşviqi və strategiyaların hazırlanması, müvafiq sahədə qanunvericilik və rəqabət siyasətinin inkişafı, o cümlədən qanun pozuntularının təhlili istiqamətində təcrübə mübadiləsi həyata keçirəcəklər.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?