23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Xidmətinin nümayəndə heyəti Rəqabət qurumu rəhbərlərinin iclasında iştirak edib

Dövlət Xidmətinin nümayəndə heyəti Rəqabət qurumu rəhbərlərinin iclasında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində heyət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Budapeşt şəhərində yerləşən Regional Rəqabət Mərkəzi (RCC) tərəfindən təşkil olunan Rəqabət qurumu rəhbərlərinin iclasında iştirak edib.

İclas OECD və RCC ilə əməkdaşlıq edən dövlətlərin rəqabət qurumlarının müvafiq sahədə hüquqi alətlərinin təhlili, məhkəmə orqanları ilə birgə fəaliyyət, tənzimləmə metodları, yanaşma və təcrübələrinin nəzərdən keçirilməsi məqsədilə baş tutub.

Tədbir zamanı Macarıstan Rəqabət Qurumunun prezidenti Ksaba Balaş Riqo, OECD-nin Rəqabət istiqamətinin rəhbəri Ori Şvartz və OECD-nin Rəqabət Komitəsinin sədri Frederik Cenninin çıxışları dinlənilib. Daha sonra rəqabət orqanları rəhbərlərinin və sahə ekspertlərinin iştirakı ilə “Rəqabət qurumlarının qanuni nəzarət tədbirləri” və “Birləşmələrə nəzarət” mövzularında panel müzakirələr təşkil olunub.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Birləşmələrə nəzarət” panel müzakirədə çıxışı zamanı rəqabət qanunvericiliyinin əsas prinsipləri və tənzimləmə mexanizmlərini ehtiva edən Rəqabət Məcəlləsi barədə ətraflı məlumat verib. Panel müzakirənin mövzusuna uyğun olaraq Azərbaycanda birləşmə, qovuşma və pay alqı-satqısı sahələri üzrə Məcəllədə yer alan yeniliklərdən söz açıb. Həmçinin birləşmə və payların alqı-satqısı zamanı haqsız rəqabət hallarının təhlili və bazarda rəqabət mühitinin inkişafı istiqamətində Dövlət Xidmətinin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, yeni hüquqi aktda inhisarçı davranış və təmərküzləşmə halları ilə mübarizə metodları, müvafiq sahədə nəzarət və digər rəqabət meyarları Avropa İttifaqı, OECD və Türkiyə də daxil olmaqla, beynəlxalq təcrübə əsasında formalaşdırılıb. Dövlət Xidmətinin rəisi birləşmə, qovuşma və pay alqı-satqısına nəzarət sahəsində Məcəllənin tətbiqi zamanı tənzimləmə bazasının daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

İclas dəyirmi masa müzakirələri, RCC-nin fəaliyyətinə dair sessiyalar, o cümlədən ikitərəfli görüşlərlə davam etdirilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması