10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəlləşdirmə hərraclarında necə iştirak etmək olar?

Özəlləşdirmə hərraclarında necə iştirak etmək olar?

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, hərraca çıxarılan dövlət əmlakları barədə elan hərrac gününə ən azı 30 gün qalmış qurumun rəsmi saytında (emlak.gov.az) yerləşdirilir.

Özəlləşdirmə portalında (www.privatization.az) hərraca çıxarılmış dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən məlumat və fotolarla tanış olmaq mümkündür. Özəlləşdirmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər. Hərrac günü sifarişçilər həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracda iştirak edir.

Hərracda təklifin verilməsi

Hərracçı tərəfindən əyani və ya onlayn olaraq sifariş verilən əmlaklar barəsində məlumat verilir və start qiymət elan olunur. İlkin satış qiyməti elan olunduqdan sonra heç bir iştirakçı tərəfindən təklif verilməsə, hərrac baş tutmamış sayılır. Bir nəfər sifarişçi olduqda, həmin şəxs hərracçı tərəfindən elan edilən təklifə razılıq bildirərsə, o, hərracın qalibi elan olunur. Hərrac rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətinə əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Məsələn, ilkin satış qiyməti 5.000 manat olan dövlət əmlakına təklif minimum 50 manat təşkil edir.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?