16 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eldəniz Əmirov: “İxracda müsbət saldonun artması ÜDM-ə öz töhfəsini verir”

Bu ilin ilk iki ayında ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə artım dinamikası qənaətbəxş səviyyədədir.

Bu barədə fikirlərini “vergiler.az”la bölüşən iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, tempi bu səviyyədə saxlamaq mümkün olarsa, çox böyük uğur əldə oluna bilər: “Ümumi daxili məhsulun tərkibində olan xalis ixrac yanvar ayında 900 milyon dollardan bir qədər artıq olub. Hesab edirəm ki, hazırkı 5 faizdən çox artımın səbəbi bilavasitə həm dövlət investisiya həcmlərindən, eyni zamanda, dövlət sifarişlərindən qaynaqlanır. İxracda müsbət saldonun artması, o cümlədən ev təsərrüfatlarının istehlak həcmlərində olan artım dinamikası da ÜDM-ə öz töhfəsini verir”.

Son illərdə ölkədə investisiya mühitinin kifayət qədər yaxşılaşdığını vurğulayan E.Əmirov qanunvericilik aktlarının, o cümlədən Rəqabət Məcəlləsinin qəbul olunmasını, eləcə də sahibkarlar üçün güzəşt mexanizmlərinin tətbiqi və azad iqtisadi zonaların yaradılmasını müsbət qiymətləndirib. O əlavə edib ki, xarici investorların ölkəyə gəlməsi üçün digər məsələlərlə yanaşı, Ermənistanla sülh müqaviləsinin bağlanması da mühüm əhəmiyyət kəsb edir: “Sülh müqaviləsinin bağlanması ölkədə investisiya mühitini bugünkündən daha yuxarı səviyyəyə qaldıracaq”.

Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında ölkədə 18 576,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ÜDM istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 1 824,1 manata bərabər olub.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?