29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Peşəkar Mühasib Sertifikatı imtahanları çətinləşəcək

Peşəkar Mühasib Sertifikatı imtahanları çətinləşəcək

Peşəkar Mühasib Sertifikatlarının (PMS) alınması üçün imtahanlar çətinləşəcək.

Bunu Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdullayev “Vergi və Mühasibatlıq Zirvəsi 2024” platformasındakı çıxışında bəyan edib. Onun sözlərinə görə, hazırkı imtahanlar müəyyən qədər riyaziyyat yönümlüdür. Mühasibat uçotunun daha peşəkar səviyyədə aparılması üçün növbəti imtahanlarda suallar getdikcə çətinləşdiriləcək və tədricən praktikaya uyğunlaşdırılacaq.

F.Abdullayev bəzi statistik məlumatları da açıqlayıb. Belə ki, indiyədək keçirilən PMS imtahanlarının I mərhələsində iştirak edən şəxslərdən 1.689 nəfəri sertifikat alıb. İmtahan iştirakçılarının illər üzrə artdığını deyən F.Abdullayev imtahanın II mərhələsində 3.123 nəfərin müvəffəqiyyət əldə etdiyini vurğulayıb: “Hazırda 2.301 nəfər peşəkar mühasib sertifikatına malikdir. Onlardan 180 nəfəri kiçik sahibkarlıq subyektlərinin əməkdaşlarıdır. 20 nəfərə yaxın pedaqoji fəaliyyətlə məşğul olan şəxslərdir. 200 nəfərdən artıq şəxs isə eyni müəssisənin digər mühasib əməkdaşlarıdır”.

2024-cü ildə gözlənilən yeniliklərə gəlincə, F.Abdullayev bildirib ki, iyul ayında PMS imtahanlarının elektron formada keçirilməsi nəzərdə tutulur. İmtahandan əvvəl isə sınaq imtahanının keçirilməsi planlaşdırılıb. Bu il imtahanlara müəssisənin maliyyə vəziyyəti, eləcə də mənfəət-zərər hesabatlarına dair suallar da daxil ediləcək.

F.Abdullayev onu da deyib ki, gələcəkdə imtahan suallarının sayının azaldılması, cavabların süni intellektlə yoxlanılması kimi məsələlər gündəmdə olacaq. Həmçinin, Peşəkar Mühasib Sertifikatının beynəlxalq miqyasda tanınması üçün müzakirələr aparılır.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?