17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqabət Məcəlləsinin düzgün tətbiqində məhkəmələrin roluna dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Ali Məhkəməsi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri arasında Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı görüş keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrləri, hakimləri və digər əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Rəqabət Məcəlləsində yer alan yeni hüquqi alətlərdən bəhs edilib, qanunvericilik aktında nəzərdə tutulan tənzimləmələrlə bağlı müzakirələr aparılıb.

Qeyd olunub ki, rəqabəti məhdudlaşdıran sazişlərin, iqtisadi təmərküzləşmələrin, hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması və təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə təkmilləşdirilmiş hüquqi mexanizmlər və alətlər ölkədə biznes mühitinin inkişafı üçün yeni imkanlar yaradacaq.

Bundan əlavə, Məcəllədə yer alan müddəaların düzgün tətbiqində məhkəmələrin rolundan bəhs edilib, məhkəmə aidiyyəti məsələsi, rəqabət orqanı tərəfindən barəsində qəbul edilmiş maraqlı şəxslərin rəqabət orqanının qəbul etdiyi qərar və göstərişlərdən məhkəməyə müraciət etmək hüququnun olması barədə müzakirələr aparılıb.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?