11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilərin əmək hüquqlarının qorunması diqqət mərkəzindədir

Bu ilin altı ayında Dövlət Əmək Müfəttişliyinə vətəndaşlardan 3964 şikayət və 3106 məktub daxil olub. Müfəttişliyin rəhbərləri tərəfindən paytaxtda və ölkəmizin bölgələrində 708 vətəndaş fərdi qaydada qəbul edilib. İlin birinci yarısında vətəndaşlardan və hüquqi şəxslərdən edilən müraciətlərə əsasən 282 hüquq pozuntusu qeydə alınıb və 263 inzibati xəta haqqında cərimə tətbiq olunub. Edilən müraciətlər nəticəsində 77 nəfər əvvəlki iş yerinə bərpa olunub, ödənilməyən 52 min manat sosial ödənişlər öz sahiblərinə çatdırılıb. Həmin müddətdə 94 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 24 nəfər həyatını itirib.

Bu barədə "Strateji uyğunluq planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq" siyasəti mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məlumat verib. Onun sözlərinə görə, ölkəmiz 2007-ci ildən Beynəlxalq Əmək Təşkilatına üzv qəbul olunub və təşkilatın 55 konvensiyasına qoşulub. Nazir müavini ölkəmizdə işçilərin əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi məsələləri, əmək qanunvericiliyinə əməl olunması sahəsində görülən işlərdən danışıb.

Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Beynəlxalq Əmək Təşkilatının Əmək Administrasiyasının əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı idarəsində məsul şəxs Joaquim Nunes çıxış ediblər.

Konfrans ayrı-ayrı sessiyalarda öz işini davam etdirir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?