16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödənişlərə maraq artır

2019-cu ilin may ayında Azərbaycanda bankomatlar və POS-terminallar vasitəsilə ödəmə kartlarının dövriyyəsi 1,96 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 32,6 faiz çoxdur.

Mərkəzi Bankın məlumatına əsasən, bu ilin may ayında ödəmə kartları ilə ölkə daxilində 1,961 milyard manat həcmində 12,498 milyon əməliyyat aparılıb. Bu isə ötən ilin müvafiq dövründəkinə nisbətən 26,2 faiz artım deməkdir. Yanvar-may ayları ərzində ölkə xaricində aparılan əməliyyatların sayı 1,209 min, dəyəri isə 109 milyon manat təşkil edib. Ölkənin bankomatlarından istifadə olunmaqla 59 milyon manat dəyərində 329 min əməliyyat, 29 milyon manat dəyərində 476 min əməliyyat isə POS-terminallar vasitəsilə aparılıb.

2019-cu ilin may ayının sonuna qədər ödəniş kartlarının sayı keçən ilin eyni dövrünə nisbətən 14,7 faiz artaraq 6,97 milyona yüksəlib. Kartların əksəriyyəti - 6,161 milyonu debet kartlarıdır: bunun 2,587 milyonu sosial sahəyə, 2,124 milyonu əməkhaqqı kartlarına, 1,45 milyonu isə digər sahələrə aiddir. Bu müddət ərzində kredit kartlarının sayı 806 min olub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?