13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Torpaqlardan təyinatı üzrə və səmərəli istifadəyə nəzarət gücləndirilir

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin daha da səmərəli təşkili üçün yerlərdə torpaq müfəttişlərinə treninqlərin keçirilməsinə başlayıb. Bu məqsədlə yaradılmış işçi qrup tərəfindən ilk treninqlər Bakı, Sumqayıt şəhərlərində, Şamaxı və Xaçmaz rayonlarında təşkil olunub.

Təlimlər zamanı torpaqlardan istifadənin qanunvericilik tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı məlumat verilib, inzibati xətalara dair protokolların tərtib edilməsi və qərarların qəbulu zamanı həmin tələblərə riayət olunması məsələlərindən bəhs edilib. Bildirilib ki, torpaq müfəttişləri ərazilərin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması ilə bağlı genişmiqyaslı işlər aparmalı, baş verən neqativ hallar barədə dövlət qurumlarını məlumatlandırmalıdır. Bundan başqa, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, o cümlədən yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə dair rəy verilməsində qanunvericiliyin tələblərinin gözlənilməsini təmin etməlidirlər. Müfəttişlərin əldə etdiyi informasiyalar torpaqlarla bağlı məlumat bazasının yaradılmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, torpaqlarda baş vermiş dəyişikliklər barədə məlumatlar mütəmadi olaraq yenilənməklə bazaya ötürüləcək.

Aparılan monitorinq və reydlər nəticəsində torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları üzə çıxarılır. Müvafiq qurumlar tərəfindən mühafizə zonasına düşən torpaqların qanunsuz olaraq fiziki və ya hüquqi şəxslərə ayrılması, bələdiyyələr və vəzifəli şəxslər tərəfindən təyinatına zidd olaraq torpaqla bağlı qərarların verilməsi halları müəyyənləşdirilir. Məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə götürülüb, lakin istifadə edilmir və boş saxlanılır. Bir sıra hallarda torpaqlar birbaşa təyinatı üzrə deyil, yaşayış, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin münbit qatı korlanaraq orada tikinti işləri aparılır.
Komitədən verilən məlumata görə, bölgələrdə torpaq müfəttişləri üçün təlimlər gələcəkdə də davam etdiriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?