20 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Enerji Məsələlərini Tənzimləmə Agentliyi icra etdiyi layihələr haqda məlumat yayıb

2019-сu ilin 6 ayı ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) tərəfindən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrinə qoşulması üçün verilmiş texniki şərtlər əsasında enerji təchizatı üçün hazırlanmış 124 layihə razılaşdırılıb. Qaz təchizatı sahəsində isə 2.219 sayda idarə və müəssisələrin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb. Aşkar olunmuş uyğunsuzluqlara görə 51 sayda layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib.

Hesabat dövründə Agentlik tərəfindən istehlakçıların elektrik qurğularına ümumi gücü 20.809.55 kVt və 206.685kVA olmaqla 142 sayda (43 ədədi 0.4 kV-lik şəbəkədən, 99 ədədi isə yüksək gərginlikli şəbəkədən) istismara buraxılış aktı verilib. 359 sayda razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu həyata keçirilib. Yol verilmiş nöqsanlara, əsasən, qaz xətlərinin layihəyə uyğun çəkilməməsinə, qaz qurğu və avadanlıqlarının tam quraşdırılmamasına görə 170 sayda qaz qurğusu isə istismara qəbul edilməyib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?