17 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar dəstək mexanizmindən faydalana bilərlər

İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadi aktivliyin bərpası və investisiya qoyuluşlarının sürətlənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu bölgədə fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında yazıb ki, sahibkarlar "Elektron kredit zəmanət" informasiya sistemi vasitəsilə dəstək mexanizmindən faydalana bilərlər:

– 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti;

– Həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndinin 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılması;

– Kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddətinin tətbiqi.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?