18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Cənubi Koreya ilə ticarət dövriyyəsi 430 milyon dollar olub

Azərbaycan ilə Cənubi Koreya arasında ticarət dövriyyəsinin həcmi ötən il 430 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasına alıcı missiyasının açılış mərasimi"ndə deyib.

O bildirib ki, Cənubi Koreyadan Azərbaycana ixracda avtonəqliyyat üstünlük təşkil edir.

“Bu ilin iyun-iyul aylarında Cənubi Koreyada qida sərgisi açılacaq. AZPROMO sözügedən sərgidə iştirak edəcək”, - deyə Y.Abdullayev əlavə edib.

AZPROMO rəhbəri Azərbaycanda fəaliyyət göstərən sahibkarları Cənubi Koreyada keçiriləcək qida sərgisində iştiraka dəvət edib.

AZƏRTAC

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?