9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türk iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib

Türk iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib

Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan bir qrup iş adamı Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə Azərbaycanda səfərdədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, səfər çərçivəsində “Bakı KOB evi”ndə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.

Tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Qəhrəmanmaraş Ticarət və Sənaye Palatasının sədri Mustafa Buluntu, Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının sədri Cengiz Aygör iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığa, qarşılıqlı investisiya qoyuluşu imkanlarına, eləcə də zəlzələdən əziyyət çəkmiş Qəhrəmanmaraşda həyata keçirilən yenidənqurma işlərində Azərbaycanın roluna dair fikirlərini bölüşüblər. Qeyd edilib ki, iki ölkə arasında iqtisadi əlaqələr müxtəlif sektorları əhatə etməklə çoxşaxəlidir. Məqsədimiz ticarət əlaqələrində KOB-ların rolunu artırmaq, birgə layihələri genişləndirməkdir. Ölkələrimiz sosial və humanitar sahədə də əməkdaşlıq edirlər. Türkiyənin müxtəlif bölgələrində baş vermiş zəlzələnin ilk günündən Azərbaycan Türkiyənin yanında olub. Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə təsis olunmuş "Qardaş köməyi" platforması üzərindən Azərbaycan iş adamları tərəfindən də ianələr edilib, qida və qeyri-qida yardımları olunub. Azərbaycan hazırda Qəhrəmanmaraşda humanitar fəaliyyətini davam etdirərək yenidənqurma və bərpa işlərində iştirak edir, burada “Azərbaycan” yaşayış məhəlləsi inşa olunur.

Tədbir çərçivəsində AZPROMO tərəfindən ölkəmizin əlverişli investisiya mühiti və sərmayə qoyuluşu imkanları barədə təqdimat keçirilib, tekstil, tikinti, kənd təsərrüfatı, logistika, turizm, ticarət, qablaşdırma, elektrik sənayesi, elm və təhsil sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?