14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Avropa İttifaqı investisiyalarının müəyyən edilməsi və prioritetləşdirilməsi üçün yaradılan yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclası keçirilib.

İclasda İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, xarici işlər və maliyyə nazirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin beynəlxalq maliyyə institutları və Avropa İttifaqı ilə tərəfdaşlığa verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli iqtisadiyyatın təmini, müasir innovasiya sahələrinin qurulması, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək kimi məqsədlərə çatmaq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı zəruri edir. Təqdirəlayiq haldır ki, Avropa Komissiyası tərəfindən irəli sürülən flaqman təşəbbüslər ölkəmizin növbəti onillikdə sosial-iqtisadi inkişafının milli prioritetləri ilə üst-üstə düşür.

İclasda işçi qrupunun qarşısında duran məsələlər müzakirə olunub, xanım Kirali tərəfindən gələcək fəaliyyətlərə dair fikirlər səsləndirilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?