13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tunislə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar ayında Azərbaycanın Tunislə ticarət dövriyyəsinin ümumi həcmi 129,7 dəfə və ya 78,2 milyon ABŞ dolları artaraq 78,8 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Tunisə 77,5 milyon dollar dəyərində məhsul ixrac edilib. 2023-cü ilin yanvar ayında bu ölkə ilə ixrac əməliyyatları aparılmayıb.

Tunisdən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,1 dəfə və ya 705 min dollar artaraq 1,3 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tunislə ticarətin payı 2,64 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 2,63 faiz bəndi çoxdur.

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?