11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Alibaba” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinin “Alibaba” şirkətinin qlobal strateji tərəfdaşlıq üzrə rəhbəri Tim Sonqla görüşüb.

Nazir müavini Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sahibkarlara göstərilən dəstək, eləcə də ixrac potensialı yüksək olan müəssisələr və strateji ixrac məhsulları, “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri barədə məlumat verib. “Alibaba” şirkəti ilə əməkdaşlığın və işgüzar dialoqun genişlənməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, AZPROMO ilə "Alibaba.com" arasında imzalanmış Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışının təmin edilməsinə töhfə verəcək.

Tim Sonq “Alibaba.com” elektron ticarət platformasının təqdim etdiyi imkanlar və üstünlükləri, həmçinin “Made in Azerbaijan” brendli məhsulların bu platformada satışının təşkili mexanizmləri ilə bağlı fikirlərini bölüşüb.

Tərəflər şirkətin ölkəmizlə biznes əlaqələrinin təşviqi, ixrac potensialı yüksək olan yerli məhsulların beynəlxalq elektron ticarət platformasına çıxarılması, qabaqcıl təcrübənin tətbiqi və potensial əməkdaşlıq istiqamətləri barədə səmərəli müzakirələr aparıb.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?