8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna səfər ediblər

Sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna səfər ediblər

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər çərçivəsində “Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkanları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlar, azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib. Eləcə də Fondun müvəkkil kredit təşkilatları vasitəsilə verilən güzəştli kreditlərlə bu ərazilərdə sahibkarlığın dəstəklənməsindən bəhs olunub.

Tədbir çərçivəsində SİF-in ”İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” zəmanət və subsidiya mexanizmi təqdim edilib. Bildirilib ki, regionda fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir və həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Bununla yanaşı, kreditin müddətinin yarısından çox olmamaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

Sahibkarlar Zəngilanın Ağalı kəndində və Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nda yaradılan şəraitlə tanış olublar.

Səfər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Sahibkarlığın İnkişafı Fondunun və “Bank Respublika”nın təşkilatçılığı ilə təşkil olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?