16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn ay Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılacaq

Ağdamın Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsi icra olunacaq. Layihənin icrası slovakiyalı mütəxəssislərlə birgə aparılacaq.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda keçirlən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda 1 şəhər, 12 kənd, Füzulidə 1 şəhər, 10 kənd, Xocavənd, Hardrut qəsəbəsi, Tuğ və ətraf kəndlər layihələndirilərək bir qisminin artıq başlanan tikinti işləri davam etdiriləcək, digər hissəsində isə layihə işləri tamamlanacaq.

“Hazırda Ağdamda 3 kəndin inşası gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəngərli kəndləridir. Cari ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması nəzərdə tutulub. 2025-ci ildə isə həmin əraziyə əhalinin köçürülməsi planlaşdırılıb. Növbəti ay Ağdamda bir yaşayış məhəlləsinin də inşasına başlanılması nəzərdə tutulub. Burada təkcə yaşayış yerləri deyil, digər infrastruktur işləri də paralel davam etdirilir", - deyə Bəşir Hacıyev bildirib.

AZƏRTAC

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?