31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səudiyyə Ərəbistanı Krallığı ilə birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, enerji sahəsinin ikitərəfli əməkdaşlıq gündəliyində əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini vurğulayıb. Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd edilib. İnvestisiya əməkdaşlığının genişləndirilməsi, enerji keçidi dövründə rəqəmsallaşma üzrə təcrübə mübadiləsinin aparılması istiqamətlərində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Məcid bin Hindi Aluteibi ölkəsinin Azərbaycanla qarşılıqlı biznes dialoqunun genişlənməsindən məmnunluğunu ifadə edib, ikitərəfli iqtisadi əlaqələrin gündəliyində olan məsələlər, birgə layihələrin reallaşdırılması barədə fikirlərini bildirib.

Görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?