25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sankt-Peterburqla iqtisadi əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb

Bakıda Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Sankt-Peterburq hökumətinin üzvü - Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev arasında görüş keçirilib.

Tərəflər dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlər genişlənir. Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya biznes dairələrinin səylərininin əlaqələndirilməsi, potensial əməkdaşlıq üçün imkanların dəyərləndirməsi baxımından səmərəli platformadır.

Bildirilib ki, ötən dövr ərzində turizm, təhsil, idman sahələrində əməkdaşlıqla bağlı mühüm işlər görülüb, bununla belə, iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivlər var. Tərəflər bu istiqamətdə fikir mübadiləsi aparıb, iqtisadi-ticarət, innovasiya, KOB, gəmiqayırma, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini, Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Yol Xəritəsini müzakirə ediblər. Görüşdə həmçinin Azərbaycan və Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının cari ilin 2-ci rübündə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə edilib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?