13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

24 aqroparkın yaradılması istiqamətində işlər görülür

Hazırda 22 rayon üzrə 66 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2023-cü il üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günədək 58.6 min ha ərazidə 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir.

“Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq, İZİA tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb. Bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.

S.Adıgözəlov əlavə edib ki, “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" pilot layihəsi çərçivəsində Yevlax rayonunda 2807 hektar ərazidə Yevlax Pilot Aqroparkı və Sabirabad rayonunda 7544 hektar ərazidə Sabirabad Pilot Aqroparkı yaradılır.

Yevlax Pilot Aqroparka ümumilikdə 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümİ işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda indiyədək ümumi ərazisi 1882 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Rezidentlər tərəfindən Aqroparka, ümumilikdə, 51 milyon manatdan artıq investisiyanın qoyulması, 305 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sabirabad Pilot Aqroparkda indiyədək 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən Aqroparka 60 milyon manatdan çox özəl investisiyanın qoyulması, 260 daimi, 1000-dən artıq mövsümü iş yerinin yaradılması planlaşdırılır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?