17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muxtar Babayev: “Təmiz enerji və yaşıl texnologiyalara qlobal sərmayələr artırılmalıdır”

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin keçirilməsi ölkəmiz üçün xüsusi olaraq əlamətdar hadisədir.

Bu barədə “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumunda çıxış edərkən ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən Muxtar Babayev deyib.

Onun sözlərinə görə, bu il beynəlxalq ictimaiyyətin bütün diqqəti ölkəmizə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində fəaliyyətlərə yönləndiriləcək.

“İqlim maliyyəsi COP29-un əsas mövzusudur. Emissiyaların azaldılması daha çox maliyyə vəsaiti tələb edir. Təmiz enerji və yaşıl texnologiyalara qlobal sərmayələr artırılmalıdır, iqlim dəyişikliyinin mənfi təsirini azaltmağa kömək edən yeni həllər və innovasiyalar təqdim edilməlidir. Hədəflərə çatmaq üçün bütün maraqlı tərəflərin aktiv iştirakı tələb olunur. Hökumət, özəl sektor və vətəndaş cəmiyyəti birlikdə çalışmalıdır”, - deyə M.Babayev qeyd edib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?