18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İxrac üçün növbəti sərbəst satış sertifikatı verilib

“Azexport” portalı tərəfindən Gürcüstana ixrac üçün növbəti sərbəst satış sertifikatları təqdim edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, sertifikatlar Azərbaycanda istehsal olunan (böyüklər və uşaqlar üçün kapsul və ya maye halında daxilə qəbul edilən) bioloji fəallığa malik qida əlavəsi məhsullarının ixracı üçün nəzərdə tutulub.

Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Qeyd edək ki, ümumilikdə 2018-ci ilin aprel ayından 2024-cü il fevral ayınadək 694 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz bölgəsinin 100-dən artıq ölkəsinə ixracını asanlaşdırıb.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?