31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar tərəfindən investisiya portalında 80-dən çox layihə yerləşdirilib

2023-cü ildə investisiya portalında (www.invest.smb.gov.az) investisiya axtaran sahibkarlar tərəfindən işlək biznes, hazır layihə və ideya mərhələsində olan 60 layihə yerləşdirilib. Bu layihələr arasında turizm, qida sənayesi, tikinti, enerji, nəqliyyat və logistika, xidmət sahələri üzrə layihələr üstünlük təşkil edir. Layihələr Bakı, Şamaxı, İsmayıllı, Oğuz, Quba, Qax, Gəncə, Qazax, Naftalan və s. şəhər və rayonları əhatə edir.

Portalda investorlar sərmayə yatırmaq istədikləri sahələr barədə təkliflərini də yerləşdirə bilərlər. Ötən il investorlar tərəfindən portalda idman, reklam və maliyyə sahəsi üzrə 3 investisiya təklifi yerləşdirilib.

Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Hazırda portalda işlək biznes, hazır layihə və ideya mərhələsində olan 80-dən çox layihə, 6 hazır biznes satışına dair təklif yerləşdirilib. Sahibkarlar, startaplar və investorlar portalda qeydiyyatdan keçməklə onun imkanlarından istifadə edə bilərlər. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?