25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maksim Reşetnikov: “Rusiya Bakıda keçiriləcək COP29-a hazırlaşır”

Rusiya bu ilin sonunda Bakıda keçiriləcək növbəti Ümumdünya İqlim Sammitinə – COP29-a hazırlaşır.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiya Biznes Həftəsi çərçivəsində keçirilən İqlim Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bunun üçün yol xəritəsi hazırlanır ki, bu da sadəcə şüarlar toplusu deyil, konkret təkliflər və tədbirlər olmalıdır.

“Qarşıdan gələn iqlim konfransında Rusiyanın əsas prioritetlərindən biri maliyyə gündəliyi olacaq. Hansı layihələrin “yaşıl” hesab ediləcəyi və onların hansı alətlərlə dəstəklənəcəyinə qərar verilməsi planlaşdırılır. Əsas odur ki, “ədalətli enerji keçidi” məntiqinə əməl edək. Emissiyaların ən böyük həcmi ənənəvi enerjidən gəlir. Enerji təhlükəsizliyini təmin etmək üçün qalıq yanacaq sektoruna investisiya cəlb etmək imkanı olmalıdır”, - M.Reşetnikov bildirib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?