18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Toyuq tükləri və balıq qalıqları gübrə istehsalında istifadə ediləcək

Orqanik gübrə istehsalı ilə məşğul olan "Aqroplanet" MMC Azərbaycanda ilk dəfə olaraq broyler toyuqlarının tüklərini və istifadə edilməyən balıqların qalıqlarını gübrə istehsalında xammal kimi istifadə etməyi planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Aqroplanet" MMC-nin direktoru İlham Hacıyev deyib. Onun sözlərinə görə, həmin məhsullardan aminturşuların əldə edilməsi nəzərdə tutulur: "Artıq sınaq məqsədilə bəzi işlər görülüb. İstehsalda tətbiqə başlamaq üçün müəyyən prosedurlardan keçmək lazımdır. Balıq qalıqlarından əldə edilən aminturşular gübrə istehsalında istifadə edilir. Bu turşular toyuq yemlərinə, insanlar üçün bəzi qida əlavələrinə qatılır, ondan bitkilər üçün istifadə edilir". İ.Hacıyev əlavə edib ki, toyuq tükləri və balıq qalıqlarından əldə edilən aminturşular vasitəsilə hazırlanan gübrələr tam orqanik olur.

MMC-nin direktoru tam olaraq istehsala başlanıldıqdan sonra bu xammalla hazırlanan gübrələrin bəzi xarici ölkələrə - Özbəkistan, Rusiya, Estoniya və Gürcüstana ixrac edilə biləcəyini də söyləyib.

İ.Hacıyev hazırda həm də maye kükürd istehsal etdiklərini açıqlayıb: "Bir çox istehsalçılar tərəfindən kükürd toz şəklində hazırlanır. Onda o ərimir, amma biz onu əridərək maye formaya salırıq. Maye kükürd bitkilərin üzərində toz kimi yapışıb qalmır”.

MMC direktoru indiyədək bu aminturşular və maye kükürdün ölkəyə idxal edildiyini, onların ölkədə yeganə istehsalçısı olacaqlarını bildirib.

Qeyd edək ki, "Aqroplanet" MMC artıq 3 ildir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidentidir.

İlhamə İSABALAYEVA

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?