15 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvarda Naxçıvan üzrə 740 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 740 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb.

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məlumatına görə, texniki sənədlərin hazırlanması zamanı 173 əmlaka dair texniki pasport, 327 torpaq sahəsinə dair plan-ölçü tərtib olunub, ümumilikdə 500 texniki sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 58 daşınmaz əmlak obyektinə ünvan verilib.

Vətəndaşların müraciətləri nəzərə alınaraq ötən ay əmlaklarının məhdudiyyət və yüklülüyünə dair 115 arayış verilib, notariat ofislərinə əmlaklara dair məhdudiyyət və yüklülük haqqında 499 halda elektron məlumat göndərilib.

Hesabat ayı ərzində operativ şəkildə fəaliyyət göstərən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən 139, notariat ofisləri tərəfindən 145 müraciət daxil olub ki, həmin müraciətlər də qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib.

Cari ilin ilk ayında kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 462 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Həmçinin, Xidmət tərəfindən hazırlanan 700 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə yerləşdirilib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?