11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2024-cü ildə yumurta ixracının 100 milyon ədədə çatacağı gözlənilir

2023-cü ildə ölkədən 60 milyon ədəd yumurta ixrac edilib. 2024-cü ildə isə bu rəqəmin 100 milyona çatacağı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu barədə “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovla keçirilən görüşdə deyib.

Bildirilib ki, hazırda Azərbaycandan yumurta məhsulları Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur, eləcə də Avropa ölkələrinə ixrac barədə razılaşmalar mövcuddur.

Görüşdə quşçuluq sığortası ilə bağlı aktual risklərin dəqiqləşdirilməsi, beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi, bu sahədə sığorta xidmətlərinin təqdim edilməsi üçün müxtəlif sığorta zərflərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib və belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

Qeyd edək ki, hazırda ölkənin quşçuluq və broyler təsərrüfatlarında 40 min nəfərə yaxın işçi çalışır. Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?