15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq tədbirlərlə əlaqədar sahibkarlara verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, yuxarıda adları qeyd olunan beynəlxalq tədbirlərin Azərbaycanda təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından manatla aldıqları kreditlərə hesablanmış faizlər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılır.

Həmçinin “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası” təsdiq edilir.

Müəyyən edilir ki, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyinə isə bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etmək, eyni zamanda, bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görməlidir.

Dövlət Turizm Agentliyinə isə sənədin 2-ci hissəsi ilə təsdiqlənən Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan təsdiqedici sənədin formasını və verilməsi qaydasını 10 (on) gün müddətində təsdiq etmək tapşırılıb.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?