15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyədə Azərbaycanın ticarət və investisiya imkanları daha geniş tanıdılır

Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qardaş ölkədə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

2023-cü ilin iyun ayında fəaliyyətə başlayan Ticarət Nümayəndəliyi ötən il Türkiyədə dövlət və iş adamları ilə görüşlər keçirib, ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan investisiya imkanları, tətbiq olunan güzəştlər və stimullar barədə məlumat verib, türk iş adamlarından ibarət nümayəndə heyətlərinin Azərbaycana səfərlərini təşkil edib.

Hazırda Ticarət Nümayəndəliyi “Yabancı yatırım düşünüyorsanız, size yabancı olmayan Azerbaycana gelin” şüarı ilə qardaş ölkənin iş adamlarının məlumatlandırılması ilə bağlı işlər görür. Bu baxımdan nümayəndəlik tərəfindən ölkəmizin ticarət və investisiya imkanlarını daha dinamik və interaktiv şəkildə təqdim etmək üçün hazırlanmış video-çarx maraqla qarşılanır. Video-çarxla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/3Sh01jb

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?