14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Polşalı ekspertlər Dövlət Xidmətinin əməkdaşlarına təlim keçib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisinin (UOKİK) ekspertləri ölkəmizə səfər ediblər.

Dövlət Xidmətindən verilən məlumata görə, səfər çərçivəsində UOKİK-in nümayəndələri – fəlsəfə üzrə elmlər doktoru Martina Derşnyak-Naurjan və Pyotr Adamçevski ölkələrində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tədbirlər, mövcud praktika ilə bağlı Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin əməkdaşlarına təlim keçiblər.

İki gün davam edən tədbirdə Polşa Respublikasında istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericilik siyasəti, standart müqavilələrdə ədalətsiz müddəalar və onların süni intellekt vasitəsilə müəyyən edilməsi, rəqəmsal bazarlarda istehlakçı hüquqlarının qorunması, UOKİK tərəfindən bu sahədə atılan addımlar nəzərdən keçirilib.

Dövlət Xidmətinin nümayəndələri Elşən Cəfərov və Yusif Tapdıqlı təqdimatlarla çıxış edərək ölkədə istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən işlər barədə təlimçiləri məlumatlandırıblar.

İnteraktiv formatda təşkil olunan təlimin sonunda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, Dövlət Xidməti və UOKİK arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Respublikası İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupuna üzv seçilib. Məlumat üçün bildirək ki, ICPEN-nin fəaliyyətinə rəhbərlik edən UOKİK, həmçinin 2023-2024-cü illərdə fəaliyyət göstərən ICPEN Məsləhət Qrupuna da sədrliyi həyata keçirir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?