17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Startapçı qida itkilərinin qarşısını almağa yönələn mobil tətbiq hazırlayıb

Startapçı qida itkilərinin qarşısını almağa yönələn mobil tətbiq hazırlayıb

Azərbaycanlı startapçı, “SnackPack” MMC-nin nümayəndəsi Ramil Tağıyev komandası ilə birlikdə qida itkilərinin qarşısını almağa yönələn mobil tətbiq hazırlayıb. Layihə rəhbəri R.Tağıyevin “vergiler.az”a verdiyi məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən startap şəhadətnaməsi verilmiş layihənin dəyəri 1,2 milyon dollardır. Hazırda “SnackPack” layihəsində iştirakla bağlı bir xarici mələk investorla danışıqlar aparılır. Layihənin fevral ayından tətbiqinə başlamaq nəzərdə tutulur. İstifadəçilər bu mobil tətbiq vasitəsilə axşam saatlarında kafelərin satılmayan yeməklərini endirimli qiymətlərlə ala biləcəklər.

Layihənin həm gəlir gətirən, həm də sosial əhəmiyyətli olduğunu deyən R.Tağıyev əlavə edib ki, “SnackPack” yeməklərin israfının qarşısını almaqla yanaşı, kafelərin büdcələrinə qənaət etməsinə gətirib çıxaracaq: “Layihə ilk növbədə planetimiz üçün faydalıdır. Çünki yeni yemək bişirilmir, bişirilmiş yeməkləri satmaqla, boş yerə əlavə enerji və resurslar sərf edilmir. Üstəlik, bu yenilik Azərbaycanda başlayan “Yaşıl dünya naminə hərəkata” bir dəstəkdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və biz “SnackPack” olaraq bu təşəbbüsə öz töhfəmizi verəcəyik”.

R.Tağıyev əlavə edib ki, hazırda 4 kafe tərəfdaşları var. Gələcəkdə bu istiqamətdə həm hotellər, həm də marketlərlə əməkdaşlıq etməyi nəzərdə tuturlar. Layihə müəllifləri kafelərlə müqavilə əsasında işləyəcək, onlardan bu xidmətə görə komissiya haqqı alacaqlar.

İlhamə İSABALAYEVA

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?