Ötən il qadın sahibkarlara 16,4 milyon manat güzəştli kredit verilib
2023-cü ilin yanvar-dekabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 290 qadın sahibkara ümumilikdə 16,4 milyon manat güzəştli kredit verilib.
Fonddan verilən məlumata görə, hesabat dövründə gənc sahibkarların 108 layihəsi maliyyələşdirilib və bu məqsədlə 7,1 milyon manat vəsait ayrılıb.