8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya ilə ticarət dövriyyəsi 4,3 milyard dolları üstələyib

2023-cü il ərzində Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 17,5 faiz və ya 648,5 milyon ABŞ dolları artaraq 4,35 milyard dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Rusiyaya 1,19 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 22,6 faiz və ya 220,9 milyon dollar çoxdur.

Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 15,6 faiz və ya 427,5 milyon dollar artaraq 3,16 milyard dollar təşkil edib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8,52 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 1,48 faiz bəndi üstələyir.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?